Kərbəla ziyarətgahlarında Seyid Həsən Nəsrullah yad edilir

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, Livan Müqavimət Hərəkatı lideri Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə Kərbəla ziyarətgahlarında yas məclisi təşkil olunub.

Üç gün davam edəcək təziyə məclisi İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) ziyarətgahları və “Beynol-hərəmeyn” adlanan iki ziyarətgahlar arası ərazidə qurulub.

Mərasimə imam cümələr, hərbiçilər, alimlər və yerli əhali qatılır.