Türkiyə ordusu 2 şəhid verdi

Türkiyənin İraqla sərhədində antiterror əməliyyatı davam etdirilir.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, əməliyyat zamanı terrorçularla atışmada 2 hərbçi həlak olub, 7-si isə yaralanıb.

Məlumata əsasən, terrorçuların mövqeləri havadan və qurudan inensiv atəş altındadır, əməliyyat davam etdirilir.