İsrailin Ali Məhkəməsi yekdilliklə verdiyi hökmlə hökuməti ifrat mömin yəhudiləri də ümumi qaydalar əsasında və 1986-cı il ordu xidməti haqqında qanuna uyğun olaraq müddətli xidmətə çağırmağa təhkim edib.
Məhkəmə hökmündə qeyd olunur ki, hərbi xidmətə çağırış məsələsində dini məktəblərin tələbələri (yeşiv) ilə hərbi mükəlləfiyyəti olan başqa israillilər arasında fərq qoyulmasına heç bir əsas yoxdur.
Bundan başqa hökmə görə hərbi xidmətdən möhləti olmayanların oxuduqları məktəblərin maliyyələşdirilməsi dayandırılacaq.
Yeşivlərə hərbi xidmətdən möhlət verən qanun 1949-cu ildə qəbul edilib.
O vaxt çağırışdan möhləti olanların sayı 400 nəfər idi. Hazırda isə bu rəqəm 63 minə çatıb.
Tövratın öyrənilməsinin əhəmiyyəti
İsralin Ali Məhkəməsi 2017-ci ildə orduya ifrat möminlərin çağırılmamasına imkan verən qanunu ləğv edib.
Lakin Benyamin Netanyahunun hökuməti yeşivlərin ordudan möhlətini müntəzəm olaraq xüsusi fərmanlarla uzadırdı.
Məhkəmənin iyunun 25-də verdiyi hökmdən sonra bunu etmək mümkün olmayacaq.
Dini partiyaların nümayəndələri bu məhkəmə qərarını pisləyiblər.
Onlar deyirlər ki, hakimlər Tövratın öyrənilməsinin əhəmiyyətini dərk etmirlər.
İsraildə ifrat mömin yəhudiləri də əsgərliyə aparacaqlar