Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı (73 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.

Milli üzvü 1/4 finalda Yahor Talaka (AİN) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İbadlı yarımfinala yüksəlib.

Daha əvvəl Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq) və Səlim Soltanov (66 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

 

Report