Hacc ziyarətinə gedən ilk zəvvar qrupu bu həftə Azərbaycana qayıdacaq

Hacc ziyarətinə gedən ilk zəvvar qrupu iyunun 26-da Azərbaycana geri dönəcək.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Hacc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ilk zəvvar qrupunda 180 nəfər olacaq:

“İlk zəvvar qrupumuz artıq dünən Mədinəyə gəlib. Onlar Mədinə ziyarətgahlarını, tarixi, görməli yerlərini gəzəcəklər”.

Vüsal Cahangiri qeyd edib ki, Azərbaycandan Hacc ziyarətinə gedən sonuncu zəvvar qrupu isə iyulun 1-də geri dönəcək.