Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.

Operativtv.com APA-ya istinadən məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.

Faktı Daşkəsən rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.