Ərdoğan: İsrailə gec olmadan “bəsdir!” deyilməlidir

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə telefonla danışıb.

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, söhbət zamanı İsrailin Livana hücum və təhdidləri, Qəzzaya hücumları və bölgədə artan gərginlik müzakirə edilib.

R.T.Ərdoğan İsrailin işğalının təcili dayandırılmasının vacibliyini, İsrailin münaqişəni yaymaq cəhdlərinin son dərəcə təhlükəli vəziyyət aldığını və Türkiyənin İsrailin təcavüzkar siyasətinə qarşı Livanın yanında olduğunu bildirib. O, beynəlxalq ictimaiyyətin və İslam dünyasının regional və qlobal sülhü təhdid edən İsrailə gec olmadan “bəsdir” deməsi lazım olduğunu vurğulayıb.

 

 

Az.shafaqna.com