Milli Məclis buraxılıb, növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib

Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb. Sərəncamı Prezident İlham Əliyev təsdiqləyib. Ölkə rəhbəri altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.