Tbilisi Əhli-beyt (ə) məscidində Qədir-xum bayramı qeyd edilib

Tbilisi Poniçala Soğanlıq Əhli-beyt (ə) məscidində Qədir-xum bayramı keçirildi.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, məclis Ramiz Vəliyevin aparıcılığı ilə başlayıb. Kərbəlayi Əməl Quran tilavət etdikdən sonra, Məddah Səid Həsən Əhlibeytin şəninə şeir və ilahilər oxuyub.

Məscidin axundu Rahid Kərimov Qədir-Xum bayramının nə üçün Eydul-Əkbər (Böyük bayram) adlanmasını açıqlayaraq, Quran və Əhlibeytin yolunu bərabər getməyin zəruriliyinə işarə etdi. O söhbətin davamında Qədir-xum məsələsinin vacib və önəmli məsələ olduğuna işarə edib. Müsəlman ümmətinin parçalanma səbəbinidə, Qədir-xum hadisəsinin unudulmasında baş verdiyini bildirib.

Məclisdə məscidin azyaşlı tələbələri ilahilər oxduduqdan sonra Şair Kərbəlayi Şükür Əli (ə) ın şəninə şerlər oxudu. Əhlibeyt məscidinin dini fəaliyyət və təbliğatında əvəzsiz, maddi və mənəvi dəstək göstərdiklərinə görə, əziz qardaşlara məscid tərəfindən təşəkkürnamə təltif olundu. Sonda ehsan süfrəsi açıldı.