Quranı yandıran şəxs amansızlıqla öldürülüb

Pakistanın Svot vadisinə səfər edən turistin Qurani təhqir edib yandırma səbəbindən yerli sakinlərin hiddəti ilə üzləşib. İyunun 20-də baş verən hadisənin sübutları olaraq Quranın yanmış vərəqələrinin turistin çantası içərisində olduğu bildirilir. Elə onun yandırılmasının da eyni aqibət kimi dəyərləndirilir. Şahidlərin söylədiyinə görə şəxs qəzəbli kütlə tərəfindən ölüncə döyülüb və ardınca yandırılıb.

Şəxsin Pəncab vilayətinin sakini olduğu bildirilir. Svot polisinin rəisi Zahid Ullah deyib ki, polis zabitləri əvvəlcə döyülmüş şəxsi xilas edərək Madyan polis məntəqəsinə gətiriblər. Lakin polis idarəsinə belə basqın edən qəzəbli kütlə məntəqənin darvazalarını sındıraraq içəri daxil olub.

Bundan sonra sözü gedən şəxsin üstünə benzin tökülərək yandırılıb. İğtişaşçılar bundan başqa üç polis maşınını və polis məntəqəsini yandırıblar.

Yerli sakinlər bildirilər ki, polisin atəş açması nəticəsində 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan üçünün xəstəxanaya yerləşdirildiyi xəbər verilir. Xəbərlərə görə hazırda Madyan və onun ətrafında vəziyyət gərgin olaraq qalır.