Hizbullah yaydığı bəyanatda əlavə edib ki, bu hərəkatın döyüşçüləri Qəzzə zolağında müqavimət göstərən Fələstin xalqına, onun qəhrəmancasına və şərəfli müqavimətinə dəstək vermək, eləcə də sionist düşmənin Livanın cənub kəndlərinə, xüsusən də Əl-Xəyam və Kəfr Şuba qəsəbələrinə təcavüzünə cavab olaraq Əl-Mutla qəsəbəsində sionist əsgərlərin yerləşdiyi binanı müvafiq silahlarla hədəfə alıblar. Bu zərbə binada yanğına səbəb olmuş və binanın içərisində olan canlı qüvvə məhv edilmiş və yaralanmışdır.
Livanın İslam müqaviməti döyüşçüləri həmçinin bu gün günortadan sonra “Baraka Rişa” bazası ətrafındakı casus texnikasını müvafiq silahlarla hədəfə alıb və texnikanı məhv edib.
Hizbullah İsrail mövqelərinə zərbə endirdi
Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə qarşı hücumların davamında işğal olunmuş Fələstin sərhədində sionist hərbçilərin yerləşdiyi yerə yeni zərbə endirdiyini açıqlayıb.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatı bu gün (çərşənbə) bəyan edib ki, onun döyüşçüləri sionist mühacirlərin məskunlaşdığı "Əl-Mutla" qəsəbəsində sionist hərbçilərin yerləşdiyi binanı uyğun silahla hədəfə alıblar və bu, birbaşa hədəfi vurub.