Trampın nitqi zamanı Ağ Ev qaranlığa büründü

ABŞ prezidenti Donald Tramp konqresmenlər qarşısında çıxış edən zaman gözlənilmədən Ağ Evdə işıqlar sönüb. 

Oxu.Az xəbər verir ki, insidentin videosu “ABC News” tərəfindən yayımlanıb. 

ABŞ prezidenti nitqi zamanı Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsində kəşfiyyata inanmasından danışıb. 

“Demək istəyirəm ki, ABŞ kəşfiyyatına güvənirəm. Bizim xüsusi xidmət orqanlarına da inanıram. Oy, onlar işıqları söndürdülər. Ola bilsin ki, bunlar kəşfiyyat agentləridir”, - Tramp deyib.