"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin daha da ağırlaşdığı bildirilir.
Vəkili Rövşanə Rəhimlinin yaydığı məlumata görə, bu səbəblə jurnalistin avqustun 3-ə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Onun sözlərinə görə, V.Məmmədov hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində (PXMM) saxlanılır.
Vəkil əlavə edib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və PXMM müvəkkilinin səhhəti ilə bağlı sorğularına cavab vermir.
"Vəkil sorğusundan əlavə məhkəmə də bununla bağlı adı çəkilən qurumlara məktub ünvanlayıb. Lakin hələ də heç bir qurumdan məlumat əldə edə bilməmişik. Vüqar Məmmədovun xüsusi mühafizə müşayiəti altında ixtisaslaşmış dövlət və ya özəl tibb müəssisəsinə yerləşdirilərək stasionar müalicə almasını zəruri hesab edirik", - o qeyd edib.
R.Rəhimli ədliyyə naziri Fərid Əhmədova müraciət edərək sorğulara cavab verilməsinin təmin edilməsi üçün köməklik göstərməyi xahiş edib.
V.Məmmədovun qardaşı Cəsur Məmmədov daha öncə jurnalistin ürək xəstəliyinin ağırlaşdığı və böyrək çatışmazlığı riski yarandığı barədə məlumat yaymışdı.
Onun sözlərinə görə, iyulun 22-də V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər.
V.Məmmədov ötən ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.
S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, onun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətindən ona iradlar bildirilib.
Vəkil: "Vüqar Məmmədovun səhhəti ilə bağlı sorğularımıza cavab verilmir”