Petro Netanyahunu Seutadakı qeyri-qanuni miqrasiyada günahlandırıb

 

Kolumbiya Prezidenti Qustavo Petro, Mərakeşdən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya qeyri-qanuni miqrasiya cəhdləri ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahuya reaksiya verib.

ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında verilən açıqlamada Petro Netanyahunu Seutadakı qeyri-qanuni miqrasiya cəhdlərində iştirak etməkdə günahlandırıb.

Petro aşağıdakıları qeyd edib:

“Seutaya Mərakeş mülki işğalı, Frankonun liberal respublikanı devirmək və İspaniyaya yenidən daxil olmaq üçün qədim Kordoba Xilafətinin nəsilləri ilə bağladığı ittifaqı təqlid edir. Mərakeş xalqı gözlərini İspaniyadan çevirməli və dünyada qaçaq soyqırımçısı olan Netanyahunun ambisiyalarına təslim olan öz gücünə diqqət yetirməlidir. İspaniya qanla yazılmış tarixini xatırlamalıdır; onlar İspaniya xalqını faşizmə sürükləmək istəyirlər. Mütləq İspaniya xalqı və ərəb sivilizasiyası bu ölkə olə bağlı “Keçid yoxdur!” deməlidirlər.”

İsrailin Qəzzaya hücumlarını Avropa və Ərəb xalqlarına xatırladan Petro bildirib ki, “Körpələri, qadınları və yaşlıları öldürmək üçün Qəzzaya atılan raketlərə pul ödədikləri, Fələstinin azadlığını əllərindən almaq üçün istifadə etdikləri eyni pulla indi Avropanın demokratik və mütərəqqi quruluşunu məhv etmək istəyirlər. Onlar Fələstini və bütün Avropanın demokratik, libertarian mahiyyətini, yəni Qərb mədəniyyətinin mahiyyətini məhv etmək istəyirlər”.

Petro İspaniyanın hörmətə layiq tərəf olduğunu iddia edərək, libertarian Respublikasına qarşı hücumları maliyyələşdirən və ya Gernika bombardmanında faşist Frankonu dəstəkləyən İspaniya olmadığını iddia edib. O, iddia edib ki, bu dəstəyi verən tərəf Qüdsün yerləşdiyi ərazidə “22.000 müqəddəs Fələstin körpəsini öldürən” Netanyahudur.

Kolumbiyada 21 iyun seçkilərini xatırladan Petro bildirib: “Netanyahu Kolumbiyadakı seçki saxtakarlığının pulunu ödəyib və buna görə də məni susdurmaq istəyirlər. Kolumbiya seçkilərində rəqəmsal müşahidəçilərin koordinasiyasından bazar ertəsini gözləmədən suveren Kolumbiya xalqının qərarlarına alqoritmlər vasitəsilə tətbiq edilən statistik şablonu dərhal ifşa etmələrini tələb edirəm. İndi sivilizasiyalararası dialoqun vaxtıdır və faşizm dayandırılmalıdır”.

Xatırladaq ki, 30 iyulda Mərakeşin Fenidek sahillərindən İspaniyanın Seuta şəhərinə üzməyə çalışan 800-dən çox qeyri-qanuni miqrant gəlib. İspaniyanın Baş naziri Pedro Sançez hökumətin hadisə ilə bağlı bütün mövcud resursları səfərbər etdiyini açıqlayıb.

Seuta istiqamətində qeyri-qanuni miqrasiya cəhdlərinin artmasından sonra İspaniya hökuməti təhlükəsizliyi təmin etmək üçün bölgəyə silahlı qüvvələr yerləşdirmək qərarına gəlib.

Mərakeşdən İspaniyaya keçməyə çalışarkən həyatını itirən qanunsuz miqrantların sayı 88-ə çatıb.