Səfəvilik həm müasir Azərbaycanın, həm də İranın söykəndiyi ortaq tarix, hər iki ölkə üçün qüdrətli imperiya keçmişi və dövlətçilik maraqları baxımından da qorunması çox vacib bir dəyər, qiymətli mirasdır.
İndi ayrı-ayrı müstəqil dövlətlər olsaq da, keçmişimiz birdir, ortaq tarixə və mədəniyyətə, eyni məzhəbə sahibik - eynilə bir ananın böyümüş, ayrılıb öz evlərini qurmuş övladları kimi.
Dəfələrlə demişik, bir daha təkrarlayırıq: İran Azərbaycana, Azərbaycan İrana qardaşdır və bu tarixi gerçəkliyi heç kim silə, inkar edə bilməz!
Bəli, fitnə səbəbindən qardaşlar arasında küskünlük, inciklik də ola bilər. Ancaq bu, əsas vermir ki, qardaşının üstünə başqasını gətirəsən, ona qarşı başqasıyla ittifaq qurasan və keçmişini siləsən!
Tarixdən zərrə qədər anlayışı olan hər kəs Səfəvilərin hansı coğrafiyanı əhatə etdiyini, hansı tayfaların ittifaqından qurulduğunu və bu dövlətdə hansı dildə danışıldığını, hansı inancın hakim olduğunu çox yaxşı bilir. Hamımızın bildiyi həqiqətləri indi yenidən təkrarlayıb, sizi yormaq istəmirəm.
Çoxunuzun bilmədiyi həqiqət isə budur: Səfəviliyin Azərbaycanda gözdən salınması işi 30 ildən çoxdur həyata keçirilən böyük bir siyasi layihədir və xarici dəstəklidir!
Hazırda içimizdən kimlərsə hansısa xırda hisslərinin təsiriylə, bilməyərəkdən Azərbaycanın öz şərəfli tarixindən, imperiya keçmişindən imtinasına çağırış edirsə, biz də tutarlı arqumentlərlə izah etməliyik ki, yanlış yoldadır. Çünki bu işin arxasındakı gerçək və görünməyən güc, sistemli fəaliyyət planının müəllifi Qərb imperializmi, o cümlədən İsraildir.
Əsas hədəf də İranla Azərbaycan arasında ortaq nə varsa, onu qırmaq, dağıtmaq, bizi bir-birimizə nifrət üzərində kökləyib düşmən etmək və davamlı qarşıdurma vəziyyəti yaratmaqdır!
Xüsusən də İranla savaşı uduzan İsrailin çoxdankı arzusudur ki, biz elə Səfəvilərdən, Əfşarlardan, Qacarlardan imtina yolu tutaq; müasir İranla heç nəyi bölüşməyək, ortaq heç nəyimiz olmasın, yenidən yaxınlaşmayaq, hətta Naxçıvana və Türkiyəyə yolumuz da oradan keçməsin!
Çünki yalnız bu keçmişdən imtina və birdəfəlik qırılma bizi yad təsirlərin, o cümlədən də kökü Qərb və İsrail xüsusi xidmətlərinə bağlı “islamçı” cərəyanların sürətlə və çox asanlıqla önünün açıldığı meydançaya, beləliklə də, Rusiya - Türkiyə - İran üçlüsü arasında “post ölkə”yə, “tıxac dövlət”ə çevirə, bizi Qərbdən tamamilə asılı hala sala bilər!
Orta və yaşlı nəsil çox yaxşı xatırlayar: SSRİ yenicə dağıldığı dönəmlərdə xristian və yəhudi missionerlərin əliylə Azərbaycanda xüsusən də dövlət aparatının, mühüm adamların xristanlaşdırılmasına və ya dinsizləşdirilməsinə çalışılırdı. Sonra isə qardaş Türkiyə üzərindən Qərb kəşfiyyatına bağlı FETÖ-nün əliylə ölkənin ən strateji sektorlarının, əsasən də təhsil, iqtisadiyyat və ideoloji sahənin ələ keçirilməsinə, eləcə də ideoloji müstəvidə Səfəviliyə və “Əhli-Beyt”ə qarşı düşmənçilik hissinin aşılanmasına başlanıldı.
2016-cı ildə Türkiyə Rusiya və İranla bağlı siyasətini dəyişdikdən, Ərdoğan komandası FETO-yə qarşı savaş açdıqdan sonra isə Azərbaycanda əsas güc vəhhabiliyin (sələfiliyin) sürətlə yayılmasına yönləndirildi...
İndi o fakta mütləq diqqət yetirin ki, hazırda sosial şəbəkələrdə “Əhli-Beyt”, Şah İsmayıl, Səfəvilik əleyhinə açıq şəkildə kampaniya aparanlar, ən çox aşağılayıcı fikirlər işlədib fitnə salanlar ya “türk millətçisi” cildinə bürünmüş İsrail və ABŞ tərəfdarlarıdır, ya da ideoloji olaraq FETÖ-Sələfi düşüncəsində olanlardır - kökləri eynidir, eyni ünvana bağlanırlar!
Bu gün həqiqi müstəqil Azərbaycan dövlətçiliyinin qorunması həm də Şah İsmayılı, Səfəviliyi kökü olmayan bu yad təsirlərdən və adamlardan qorumaqdan, bu tarixi və mənəvi mirasa sahib çıxmaqdan keçir!
Müasir Avropa Birliyinin təcrübəsi göstərir ki, ortaq sərhədinin olduğu ölkəylə həm də ortaq dəyərlərə, mənəvi bağlara maliksənsə, bu, qarşılıqlı şəkildə əhalinin rifahını təmin etməkdə çox böyük üstünlük amilidir.
İndi biz coğrafiyamızın üstünlüklərini ABŞ-ın, İsrailin maraqlarına qurban verə bilmərik! Qurban verəriksə, nə tarixin mühakiməsindən qaça bilərik, nə xalqın qəzəbindən!
Elxan Şükürlü
Biz coğrafiyamızın üstünlüklərini ABŞ-ın, İsrailin maraqlarına qurban verə bilmərik!