İraq: Bu il Ərbəin ziyarətinə təxminən 20 milyon insan qatılıb

Bu il Ərbəin ziyarətinə gedənlərin sayı təxminən 20 milyona çatıb ki, bu öz növbəsində qlobal toplantıda müxtəlif ölkələrdən nümayəndələrin iştirakını göstərir. Ərbəin bu gün dünyanın ən böyük dini toplantısını bir daha nümayiş etdirmiş etdirməklə ortaya birlik və vəhdət əsərini qoymağa davam edir.

Həzrət Abbasın ziyarətgahı (Atebe-i Abbasiye) "bu ilki Ərbəin zamanı Kərbəlanı 19.999.870 zəvvar ziyarət edib" elanını edib. Bu statistika bir daha Ərbəini dünyanın ən böyük dini toplantısı mövqeyinə sübutdur. Xatırladaq ki, keçən ilki Ərbəində 21 milyondan çox zəvvar iştirak etmişdi.

Kərbəlada müxtəlif ölkələrdən toplanan ziyarətçinin olması İmam Hüseyn (ə) qiyamının qlobal miqyasını və Ərbəinin potensialını bir daha vurğulayır.