Səudiyyə Yəmənin bu ölkəyə hücumu səbəbindən ABŞ-yə neft axınını tamami ilə dayandı

Yaxın Şərqdə gərginləşən vəziyyət dünya neft bazarında ciddi dəyişikliklərə səbəb olub.

Bloomberg-in məlumatına görə, Səudiyyə Ərəbistanından ABŞ-yə neft tədarükü son 40 ildə ilk dəfə sıfıra enib.

Səudiyyə Ərəbistanının neft ixracında yaranan çətinliklər Yəmən husiləri ilə münaqişənin kəskinləşməsi və strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının bağlanması ilə əlaqələndirilir.

Bu vəziyyət ABŞ-ni alternativ neft mənbələri axtarmağa vadar edib. Mövcud şəraitdən əsas faydalanan ölkələrdən biri isə Venesuela olub.

Məlumata görə, Venesuela iyul ayında ABŞ-yə təxminən 600 min barel neft tədarük edib.