Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş “Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun “BBC Azərbaycanca”ya müsahibəsində dediyi fikirlərə cavab verib.
“Eşitdim Rauf Arifoğlu müsahibəsində həbs olunmuş jurnalistlərin xarici kəşfiyyata işlədiklərini deyib. Ona xatırladım ki, həbsimdən düz 6 ay əvvəl DTX məhz bu məqsədlə barəmdə axtarış-güdülmə qərarı çıxartdırıb və bu haqda heç nə tapmayıb ki, qaçaqmalçılıqda ittiham olunmuşuq. Onu da yanlış anlamasın ha, ölkəyə qaçaq mal gətirməkdə, ölkədən aparmaqda yox. Bizi qulluğunda durduqlarıyla səhv salmasın!
İndi Rauf Arifoğlu isti münasibətdə olduğu hüquq-mühafizə orqanlarını səriştəsizlikdə ittiham edir? Yoxsa elə bilir, bu ölkəni idarə edənlər o qədər kütdülər ki, Rauf bəyin duyuq düşdüyü məsələdən xəbərsizdilər? Hər bir halda vaxtilə elə bu hakimiyyət tərəfindən şərlənərək həbs olunmuş birinin öz mənfəəti, arzusunda olduğu deputat mandatına görə bu cür danışması ayıbdır. Qoy bu ayıb da onun qisməti olsun. Amma unutmasın, biz “vətən, millət, türkçülük” və s. kimi pafosların arxasına sığınıb nə satırıq, nə də satılırıq. Ondan fərqli olaraq mediadan da şəxsi məqsədlərimiz üçün istifadə etmədik.
Rauf bəy özünü həm də inanclı kəsimdən sayır. Sığındığı Allahı bu hakimiyyətin könlünə insaf salsın, onu mandata qovuşmaq yolunda daha rəzil duruma düşməyə qoymasın!”
Biz “vətən, millət, türkçülük” və s. kimi pafosların arxasına sığınıb nə satırıq, nə də satılırıq