ABŞ öz hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı "Taliban” hərəkatı ilə razılığa gəlib.
Bu barədə "Report.az” xəbər verir.
Xəbərdə deyilir ki, hərəkatdakı adı çəkilməyən mənbənin dediyinə görə, Dohada keçirilən danışıqlarda ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasına dair bütün ziddiyyətlər və fikir ayrılıqları aradan qaldırılıb.
Bununla yanaşı, "Taliban” hərəkatı radikal dəstələrlə əlaqələrinə son verməyi də qəbul edib.
Danışıqlarda ABŞ-ın xüsusi elçisi Zalmai Xəlilzad "Twitter”də Dohada bir neçə günlük müzakirələr nəticəsində irəliləyişə nail olduqlarını yazıb.
"Taliban”la əldə etdikləri razılaşma üçün beynəlxalq konsensus zəmini hazırlamaq məqsədilə amerikalı diplomatın bu gün Dehliyə səfər edərək Hindistanın xarici işlər naziri, xarici işlər katibi və milli təhlükəsizlik müşaviri ilə görüşlər keçirməsi nəzərdə tutulur.
ABŞ “Taliban”la razılıq əldə edib
Oxşar xəbərlər