Azərbaycan, Rusiya və İran prezidentləri bir araya gəlir

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammitinə hazırlığın getdiyini bildirib. Onun sözlərinə görə, prezidentlərin növbəti üçtərəfli görüşü avqust ayında Rusiyada keçiriləcək.

Yaxın vaxtlarda Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə səfərlərin mümkünlüyü ilə bağlı suala cavab verən Rusiya XİN başçısının müavini hər iki tərəfin belə təmaslara hazır olduğunu vurğulayıb: "Biz hər zaman liderlərimiz, hökumət başçılarımız və XİN rəhbərlərimizin görüşmələri üçün material hazırlayırıq. Ona görə də, hər iki tərəf belə təmaslara hazırdır. 2018-ci ildə belə görüşlər çox oldu. Ötən il sentyabrda Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə mühüm rəsmi səfəri baş tutub. İndiyə kimi bu görüşün nəticələrini hiss edirik. Bu görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi üçün işləyirik".

Rusiya, Azərbaycan və İran prezidentlərinin növbəti üçtərəfli görüşündə Tehranın ABŞ-la münasibətləri, enerji təhlükəsizliyi məsələsinin müzakirəsi gözlənilir.

Sputnik