ABŞ türk pilotların F-35 təlimə qəbulunu dayandırıb

Birləşmiş Ştatlar Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əlaqədar olaraq Türkiyədən F-35 qırıcıları üçün pilotların daha təlimlərə qəbul edilməməsi barədə qərar verib.
 
Qərar hazırda Amerikanın Arizona aviabazasında təlim keçən Türkiyə əməkdaşlarına aid deyil.
 
Bundan əlavə, Türkiyədən yeni pilotların və texniki personalın qəbulu Ankaranın S-400-lə bağlı qərarını dəyişəcəyi təqdirdə bərpa oluna bilər.
 
2017-ci ildə Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri almaq barədə saziş imzalayıb.
 
Cari ilin may ayında ABŞ Türkiyəyə iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və ABŞ-ın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almasl barədə xəbərdarlıq etmişdi.
 
Əks təqdirdə ABŞ Türkiyəni F-35 proqramından çıxaracaq.
 
ABŞ Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib.