Türkiyədə bütün məktəblərdə namaz otaqları açılacaq

İstanbul vilayətində yerləşən bütün məktəblərdə namaz otaqları təşkil ediləcək.

Qeyd edilib ki, bu addım şagirdlər və müəllimlərin rahat ibadət edə bilmələri üçün atılıb.

Göstərişə əsasən, yeni inşa ediləcək məktəb və təhsil müəssisələrində cümə namazını qılmağa imkan verəcək, kifayət qədər geniş məscid yerləri hazırlanmalıdır. Mövcud məktəb və təhsil qurumlarında isə mövcud imkanlar daxilində ibadət üçün müvafiq məkanlar ayrılmalıdır.