Ziyarətçilər Ərbəin səfərini başa vuraraq geri dönüşə başlayıblar

Milyonların qatıldığı Ərbəin səfəri başa çatıb. Hər il İmam Hüüseynin (ə) şəhadətinin 40-cı günü – Ərbəin bu il də möhtəşəmliyi ilə yadda qaldı. 20 milyondan artıq zəvvarın qatıldığı retual avqustun 5-də başa çatıb. Artıq İraq ərazisini tərk edən Hüseyn aşiqləri öz torpaqlarına qayıtmağa başlayıblar.

Azərbaycandan da bu müqəddəs səfərə qoşulan zəvvarların geri dönüşü gerçəkləşir. Sərhədlərin bağlı olması səbəbindən qaydış yalnız təyyarə xətti ilə mümkün olduğundan ötən gecədən hava limanı Azərbaycanın Ərbəin zəvvarlarını qəbul etməyə başlayıb.

Səfər turlarının sisteminə müvafiq olaraq bir həftə boyunca zəvvarların geri dönüşü nəzərdə tutulub.