Qazaxıstanın yeni prezidenti ilk səfərini Rusiyaya edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya rəsmi səfər edib. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Tokayev dövlət başçısı kimi ilk rəsmi səfərini Rusiyaya həyata keçirib.

Qeyd edək ki, Kasım-Jomart Tokayevi Rusiya Xarici İşlər Nazirliyinin protokol şöbəsinin rəhbəri İqor Boqdaşev və Qazaxıstanın Rusiyadakı səfiri İmanqalım Tasmaqambetov qarşılayıb.