Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayev avqustun 7-də azadlığa çıxıb.
Partiya üzvlərinin yaydığı məlumata görə, onun cəzaçəkmə müddəti başa çatıb.
Zamin Salayev 2023-cü il fevralın 7-də “xuliqanlıq, silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə" ittihamı ilə həbs edilib.
Dörd il müddətinə azadlıqdan məhrum edilən AXCP fəalı ittihamı rədd edərək siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib və 114 gün aclıq edib.
O, həbsdə olduğu dövrdə müxtəlif vaxtlarda saxlanma şəraiti ilə bağlı problemləri ictimailəşdirib və cərimə kamerasına ("kars") salınıb.
Hazırda AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü uzunmüddətli həbsdədir.
AXCP Salyan şöbəsinin sədri Zamin Salayev azadlığa çıxıb