Sabiq prezidentin qızı həbsxanaya göndərildi

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. FaktXəbər bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
 
"Ciddi qayda pozuntusu və cəzaçəkmə şəraiti ilə əlaqədar məhkum Gülnarə Kərimovanın cəzasının qalan hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul olunub",-deyə Baş Prokurorluğun məlumatında bildirilir.

Qeyd edək ki, G.Kərimova 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə sonradan onun cəzasını 5 il müddətinə ev şəraitində həbslə əvəz edib.