İran Prezidenti: "Biz həmişə danışıqlara inanmışıq"
İran ABŞ-la dərhal danışıqlara başlamağa hazırdır, lakin bunun üçün Vaşinqton Tehrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməli və nüvə sazişinə geri dönməlidir.
Sputnik Azərbaycan "RT" agentliyinə istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani bu bəyanatı Şimali Xorasan vilayətinə baş tutmuş səfəri çərçivəsində deyib.
"Biz həmişə danışıqlara inanmışıq... Onlar sanksiyaları ləğv etsələr, bizə qarşı iqtisadi təzyiqləri dayandırsalar və razılaşmaya qayıtsalar, biz də Amerika ilə elə bu gün, elə bu saat və istənilən yerdə danışıqlar apara bilərik" - Ruhani deyib.
"The Washington Post" qəzetinə müsahibəsində ABŞ Dövlət Katibi Mayk Pompeo İran liderinin bu ideyasını rədd edib. Pompeonun sözlərinə görə, bu təşəbbüs keçmiş prezident Barak Obama və keçmiş dövlət katibi Con Kerriyə İran tərəfindən edilmiş təklifdən heç nə ilə fərqlənmir.
Qeyd edək ki, Pompeonun haqqında danışdığı təklifdən sonra baş tutmuş danışıqlar nəticəsində 2015-ci ildə İran, ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi) imzalanıb. Bu saziş sonradan ABŞ Prezidenti Donald Trampın dəfələrlə tənqidinə məruz qalıb və nəticədə 2018-ci ilin mayında Vaşinqton sazişdən bir tərəfli şəkildə çıxıb.
"Aydındır ki, son qərarı Prezident Tramp verməlidir. Lakin əvvəlki administrasiya da bu yolla gedib və bu İranla nüvə sazişi ilə nəticələnib; hazırkı administrasiya, Prezident Tramp isə sazişi əsl fəlakət hesab edir", - Pompeo deyib.
Ruhani ABŞ-la danışıqlara razılaşdı, amma şərt qoydu

Oxşar xəbərlər