ABŞ Türkiyəni şantaj etməkdə davam edir

ABŞ Türkiyəni Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini əldə edəcəyi halda sərt fəsadlarla hədələyib. 

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Çarlz Sammers The Hill-ə açıqlamasında bildirib.  

Onun sözlərinə görə, Ankara Rusiya ZRK-larını əldə edəcəyi təqdirdə Türkiyənin ABŞ-la hərbi sahədə əməkdaşlığı ciddi çəkildə pisləşəcək.  

"Türkiyə S-400-lərə sahib olacağı təqdirdə F-35 qırıcı təyyarələrini və Patriot zenit-raket komplekslərini əldə edə bilməyəcək",  - deyə Ç.Sammers vurğulayıb.