Suriyada, Dəməşq yaxınlığında mikroavtobusda partlayış baş verib, 14 mülki şəxs yaralanıb

Suriyanın Daxili İşlər Nazirliyi Dəməşqin yaxınlığında baş verən mikroavtobus partlayışında ölənlərin olduğu barədə məlumatları təkzib edib.

Bu barədə nazirliyin “Telegram” kanalında məlumat verilib.

"Daxili İşlər Nazirliyi Cərəman ətrafında baş verən və 14 mülki şəxsin yaralanması ilə nəticələnən partlayışla bağlı araşdırmasını davam etdirir", - məlumatda deyilir.

"Syria TV"-nin məlumatına görə, paytaxtın Səhiyyə Departamentinin nümayəndələri də ölənlər barədə məlumatları təkzib ediblər.