Ərbəin yürüşündə qarşıdurma: 140 nəfər həbs olunub, yaralananlar var

Kərbəlada keçirilən Ərbəin mərasimi zamanı qarşıdurma baş verib. Hadisə nəticəsində 140 nəfər saxlanılıb, 54 nəfər isə yaralanıb.

Münaqişənin, əllərində Şəhid Rəhbər Ayətullah Xameneinin şəkillərini tutaraq hərəkət edən iranlı zəvvarların Sadiq Şirazinin Kərbəladakı ofisinin qarşısından keçdiyi zaman başladığı bildirilir. İddialara görə, ofisin qarşısına toplaşan Şirazi tərəfdarları həmin zəvvarların ünvanına sərt şüarlar səsləndirib. İranlı zəvvarların bu təhqiramiz şüarlara etiraz etməsi fonunda qarşı tərəfin dözümsüz davranışı nəticəsində tərəflər arasında qarşıdurma yaranıb.

Sosial media istifadəçilərinin yaydığı məlumatlara görə, toqquşma əvvəlcə İraq polisinin müdaxiləsi ilə dayandırılıb. Lakin sonradan gərginlik yenidən artıb və İraq polisi ilə təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə almaq üçün güc tətbiq edib. Məlumatlara əsasən, hadisə zamanı 140 nəfər saxlanılıb, 54 nəfər yaralanıb.

"İngilis şiəsi" kimi tanınan Sadiq Şirazinin əsas ofisi İngiltərədə yerləşir. Onun televiziya kanalları, sosial media hesabları, internet saytları və digər platformaları əhatə edən geniş fəaliyyət şəbəkəsi mövcuddur. O, Vilayəti-Fəqih nəzəriyyəsinin sərt tənqidçilərindən biri kimi tanınır və bu nəzəriyyəni dəstəkləyənlərə qarşı kəskin çıxışları və təhqirləri ilə diqqət çəkir.

Kərbəlada iranlı zəvvarlara qarşı baş vermiş bu hadisə əvvəlcədən hazırlanmış qarşıdurma ssenarisinin tərkib hissəsi olub və həmin istiqamətdə aparılan fəaliyyətin nəticəsidir.