Amaineh Nademi keçmiş məktəbindən geriyə qalanların arasında ehtiyatla gəzir. Sınmış beton parçaları zərər görmüş üst mərtəbədən düşəcəkmiş kimi aşağı sallanır. Bir neçə sinif otağı hələ də salamatdır; parlaq rəngli divarları boyanmış şarlar və çiçəklərlə bəzədilib.
33 yaşlı müəllimə əvvəllər nəyin harada olduğunu dəqiq bilir: Qız şagirdlərin sinifləri üst mərtəbədə, oğlan şagirdlərinki isə aşağı mərtəbədə idi. O, İranın cənubundakı kiçik Minab şəhərində yerləşən "Şəcərə-i Təyyibə" ibtidai məktəbində birinci sinif qız şagirdlərinə dərs deyirdi.
28 fevralda, ABŞ və İsrailin İrana qarşı hücumlarının başladığı ilk saatlarda məktəbin vurulması adi bir şənbə səhərini müharibənin ən böyük faciələrindən birinə çevirdi. Bu, eyni zamanda müharibə boyunca bir dəfəyə ən çox mülki şəxsin həyatını itirdiyi hücum oldu.
Minab prokurorluğunun məlumatına görə, hücumda aralarında 120 uşaq ilə hamilə bir qadın və onun doğulmamış körpəsinin də olduğu 156 nəfər həlak olub. Ekspertlər sübutların məktəbi ABŞ qüvvələrinin vurduğunu bildirirlər. Lakin Amerika mətbuatında dərc olunan xəbərlərdə hərbi təhqiqatı aparan rəsmilərin hücumun böyük ehtimalla ABŞ qüvvələri tərəfindən təsadüfən həyata keçirildiyi qənaətinə gəldiyi qeyd edilib.
"Hamımız havaya sovrulduq"
O, Ramazan ayı olduğu üçün uşaqların Quran oxumaq üçün məsciddə toplaşdığını, ardından şagirdlərinə fars əlifbasının yeni bir hərfini öyrətməyə başladığını xatırlayır. Elə həmən gün müharibənin ilk hücumları İranın müxtəlif bölgələrində yaşanarkən məktəb direktoru məktəbin bağlanacağını elan edib. Müəllimlər də valideynlərlə əlaqə saxlayaraq uşaqlarını aparmalarını xahiş etməyə başlayıblar.
Amaineh məktəbin yaxınlığında ilk partlayış səsini eşidəndə birinci sinifdəki 15 şagirdindən yalnız beşinin üst mərtəbədəki sinifdə qaldığını bildirir. O zaman dəhlizdə olduğunu və uşaqları götürmək üçün sinfə qaçdığını danışır:
"Tam çölə çıxmaq üzrə ikən bir raket məktəbə dəydi. Mənim və şagirdlərimin başına nəsə dəydi; hamımız havaya sovrulduq".
Ardından sinfi yoğun qara tüstü bürüyüb: "Qollarımda tutduğum şagirdləri belə görə bilmirdim. Nəfəs ala bilmirdik".
Şok və çaşqınlıq içində binadakı hər kəsin artıq çölə çıxdığını düşündüyü üçün valideynlərin niyə məktəbə tərəf qaçdıqlarını başa düşə bilmədiyini deyir: "Hamısının dağıntılar altında qaldığını bilmirdim".
O gün həyatını itirən şagirdlərinin və həmkarlarının adlarını bir-bir çəkir: Anası ilə birlikdə pilləkənlərdə öldüyünü bildirdiyi birinci sinif şagirdi Adrina, ikinci sinifdə oxuyan Fatemeh və aralarında əlifbanı öyrətdiyi altıncı sinif şagirdlərinin də olduğu daha bir çox uşaq…
Məktəb direktoru, direktor müavini, bədən tərbiyəsi müəllimi və Quran müəllimi də həyatını itirənlər arasında idi.
Hücumdan bir neçə dəqiqə sonra təcili yardım qrupları hadisə yerinə gəlməyə başlayıb.
İranın Qızıl Aypara Cəmiyyətində çalışan Reza Bəşarəti hadisə yerinə çatan ilk xilasedicilər arasında olduğunu deyir. Uşaqlarını tapmaq üçün çarəsizliklə məktəbə qaçan ailələrə görə ətrafdakı yolların nəqliyyat vasitələri ilə dolduğunu danışır.
Reza həyatını itirənlərin cəsədlərinin dəhşətli dərəcədə parçalandığını danışır: "Bəzən yalnız bir əl, bəzən yalnız bir qıç tapırdıq… Heç kimin bədəni bütöv deyildi".
Rezanın qohumlarından biri axtarış zamanı "Nə olar, uşağımı, oğlumu tapın" deyə yalvarırmış: "Ona oğlunun sağ olmadığını deyə bilmədim. Hamımız yalnız ağlayırdıq".
Hücum araşdırılır
Hücumun təfərrüatları üzə çıxmağa başlayanda ABŞ Prezidenti Donald Trump hər hansı bir sübut təqdim etmədən əvvəl İranı günahlandırdı. ABŞ Müdafiə Naziri Pit Heqset ordunun hadisəni araşdırdığını və ABŞ qüvvələrinin "heç vaxt mülki hədəfləri nişan almadığını" bildirdi. Daha sonra ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) kənar bir zabitin rəhbərlik edəcəyi daha üst səviyyəli bir təhqiqatın başladıldığını açıqladı.
Trump administrasiyası təhqiqatın nəticələrini hələ də ictimaiyyətlə paylaşmayıb. Bütün bunların fonunda faktlar reallığı gizlətməyə qoymur.
"Günahları nə idi?" - BBC İranda hücumda 120 uşağın həlak olduğu məktəbə gedib