Səbail Rayon Məhkəməsinin icra şöbəsi arqument.az saytına xəbərdarlıq məktubu göndərib. Xəbərdarlıqda bildirilir ki, saytın əmlakına həbs qoyula bilər.
Bu haqda saytın rəhbəri Şəmşad Ağa məlumat verib.
İş burasındadır ki, arqument.az saytına qarşı hər hansı məhdudlaşdırıcı məzmunlu qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur.
"Avqustun 8-də Səbail Rayon Məhkəməsi rəhbəri olduğum sayta müraciətin məhdudlaşdırılması (blok) barədə qərar qəbul etdi. Ancaq gözlənilmədən bizim şikayətimiz təmin olundu və 2 gün sonra, avqustun 10-da Bakı Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını ləğv etdi", deyən jurnalist bu durumda Səbail Rayon Məhkəməsinin xəbərdarlığının anlaşılmaz olduğunu vurğulayıb.
"Avqustun 21-i tarixi ilə məktub almışam. Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən göndərilib. Məktubda deyilir ki, arqument.azsaytı barəsində Səbail Məhkəməsinin qərarı icraya yönləndirilib. 10 günə onlara cavab verməliyəm, əks halda əmlakımıza həbs qoyulacağı barədə xəbərdarlıq ediblər".
Jurnalist hesab edir ki, görünür, məhkəmələrlə icra qurumları arasında rabitədə problem var. O, bayramdan sonra Bakı Apellyasiya Məhkəməsinin qərarını icra şöbəsinə təqdim edəcəyini qeyd edib.
Səbail rayon İcra və probasiya şöbəsindən münasibət almaq mümkün olmayıb.
Arqument.az portalına Azərbaycan ərazisindən girişə Səbail Rayon Məhkəməsi avqustun 8-də qadağa qoymuşdu. Qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında, hakim Elmar Rəhimov çıxarmışdı.
Nazir arqument.az-ın orada yerləşdirilmiş iki materiala görə bloklanmasını istəmişdi. Saytın rəhbəri isə demişdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub: "Materiallardan biri Lerik rayonunun üç kəndində susuz qalan vətəndaşların prezidentə şikayətidir. Lerikin icra başçısının müavini, "Azərsu"ASC-nin mətbuat xidməti də öz rəyini bildirib. Tam obyektiv materialdır. Görünür, yuxarıdan göstəriş gəlib ki, bu sayt da bloklansın, gözlərinə görünən material bu olub, oxumadan onun adını iddiaya yazıblar. Orada böhtan varsa, orada adları çəkilən tərəflər məhkəməyə müraciət etməliydi. Biz susuz qalan insanların səsini çatdırmışıq", deyə o ilk məhkəmədən öncə vurğulamışdı.
Avqustun 10-da isə Bakı Apellyasiya Məhkəməsi arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarını ləğv etmişdi.
Azərbaycan məhkəmələri saytın bloklanmasının qanunsuz sayılması barədə belə bir qərarı ilk dəfə çıxarmışdılar.
Turan
“Blok”u qaldırılan saytın işi dolaşığa düşüb

Oxşar xəbərlər