AXCP sədri Əli Kərimli Tale Bağırzadə, Abbas Hüseyn və Müsəlman Birliyi Hərəkatının digər fəallarına qarşı son günlər daha da artan qəddarlıq haqda yazıb. AXCP sədri T.Bağırzadənin dini, siyasi görüşlərinə münasibətindən asılı olmayaraq hamını bu anti-insani hərəkətlərə etiraz etməyə, siyasi məhbuslara sahib çıxmağa çağırıram: “Vaxtilə Hüsnü Mübarəkdən İslam Kərimova qədər müsəlman dünyasının xeyli diktatoru elə hesab edirdi ki, islamçıları radikallaşdırmaq onlara əbədi hakimiyyət vəd edir. Bu gerizəkalılar dinc islamçılara olmazın əziyyətini verirdilər ki, onları radikallaşdırsınlar, sonra da dünyaya göstərsinlər ki, guya onların alternativi ancaq radikal islamçılardır. Dünya da bunu görüb, guya bunların dünyəvi diktaturasına göz yumacaq. Nəticəsini bilirsiz. Bu oyunu oynayanların hamısı tökdükləri nahaq qanların içində boğuldular. Azərbaycan hakimiyyəti heç bir perspektiv vəd etməyən bu yola niyə sürüklənir? Tale Bağırzadə, Abbas Hüseyn və Müsəlman Birliyi Hərəkatının digər fəallarına qarşı son günlər daha da artan qəddarlıq hansı ağlın məhsuludur? Tale Bağırzadə özü ailəsinə zəng edərək, Abbas Hüseynin kamerasına basqın edildiyini, onun vəhşicəsinə döyülüb, başqa yerə aparıldığını görüb. Özünün qollarına qanlı qandal vurub, möhkəm sıxırlar. Qandaldakı qanın kimə məxsus olduğunu və həmin şəxsin hansısa xəstəliyi olduğunu da təbii ki, Tale bəy bilmir. Ancaq ola bilsin ki, bu yolla onu qan ilə keçən hansısa ağır xəstəliyə yoluxdurmaq istəyirlər. Daha əvvəl öz kamera yoldaşını öldürmüş bir xəstə cinayətkarı indi Tale bəyə kamera yoldaşı ediblər…
Bir sözlə, bütün bunları etməkdən ötrü əvvəla gərək insanlıqdan məhrum biri olasan. Sonra da gərək məsuliyyət hissin olmaya.
Əziz həmvətənlər, Tale bəyin dini, siyasi görüşlərinə münasibətinizdən asılı olmayaraq hamınızı bu anti-insani hərəkətlərə etiraz etməyə, siyasi məhbuslara sahib çıxmağa çağırıram. Milli Şuranın 19 yanvar mitinqi bütün bu haqsızlıqlara dinc və kütləvi etiraz etmək imkanıdır. Mitinqə hazırlaşmaq lazımdır!”.
Әli Kәrimli islamçı mәhbuslara qarşı zülmә etiraz etmәyә çağırdı

Oxşar xəbərlər