Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib. Məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Mehman Mədətov təqsirləndirilən şəxsləri tanımadığını, Sabunçu Rayon Polis İdarəsinin qarşısında ona daş atıldığına görə ayağından zədə aldığını desə də, daş atanın kim olduğunu görmədiyini deyib. Digər şahid Tural Allahverdiyev Kərbəlayi Elçinin tutulduğuna görə məlum polis idarəsinin qarşısına getdiyini və oradaca tutulduğunu, idarədə ondan iradəsi əleyhinə izahat alındığını bildirdi. Şahid İlyas Hüseynov isə Nardaran hadisəsi zamanı orada olmadığını dedi. Daha sonra isə Sabunçu Polis İdarəsinin qarşısındakı hadisədən sonra Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını deyərək, hadisə günü orada olduğuna dair ona məcburi qol çəkdirildiyini bildirdi. Şahid Samir Mirzəzadə təqsirləndirilən şəxsləri tanıdığını dedi və ona qol çəkdirdikləri sənədi oxumasına imkan verilmədiyini dedi. Şahidlər Rüfət Qasımzadə təqsirləndirilənləri tanımadığını bildirdi. Şahid Əli Nurməmmədov isə məlum hadisə günü Ə. Bünyadovun evində olmadığını dedi. Şahid ifadələrindən sonra hakim Ə. Hacıyev növbəti məhkəmənin 11 may saat 16:00-da davam edəcəyini elan edib.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb.
"İdarədə mənə məcburi qol çəkdirdilər ki, sən Nardaranda olmusan" - Video

Oxşar xəbərlər