«Nardaran məhbusu» Sahil Rzalının yaxınları onun taleyindən narahatdır. O, bir neçə gün öncə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən çıxarılıb, vərəmli məhkumlar üçün nəzərdə tutulan 3 saylı müəssisəyə köçürülüb. Yaxınları hesab edir ki, oğlunu cəzalandırmaq məqsədilə bu addım atılıb.
Mayın 6-da anası müəssisədə S.Rzalı ilə görüşüb. Anasına deyib ki, müəssisəyə köçürəndən sonra orada onu rentgendən keçiriblər, vərəm xəstəliyi aşkarlanmayıb. İki gün sonra yeni müayinələr aparılacaq.
«15 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Sahillə yola getmirdi. Onu dəfələrlə müxtəlif bəhanələrlə «kars»a (cərimə kamerası-red.) salıblar, işgəncə veriblər. Axırıncı dəfə təxminən bir ay öncə döyüb, yenə «kars»a salmışdılar. Bir ay soyuq yerdə saxladılar. Elə döymüşdülər ki, hətta ölməsi barədə xəbərlər yayılmışdı. Sahilin intihar etməsi haqda şayiə yayılmışdı. Düşünürük ki, bu da məqsədli idi», – yaxınları AzadlıqRadiosuna belə deyib.
«Şübhələr olmasaydı, onu heç vaxt aparmazdılar»
Ailə üzvlərinin sözlərinə görə, sonuncu dəfə cərimə kamerasına salınandan sonra S.Rzalının səhhətində problemlər yaranmışdı. Amma onlar onun vərəm olduğunu düşünmürlər:
«15 saylı müəssisədən çıxaranda ona deyiblər ki, səni «tsentralnıya» (Penitensiar Xidmətin Müalicə Müəssisəsi-red.) aparırıq. Yolda bilib ki, onu vərəmli məhkumların saxlandığı müəssisəyə aparırlar. Hamı bilir ki, o müəssisə şərtlərin ağırlaşdırılması deməkdir. 15 saylının rəisi Sahillə prinsip aparırdı, döyməklə, cəzalandırmaqla kifayətlənmədilər, bunu da elədilər…».
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə deyir ki, məhkumda vərəmlə bağlı şübhələr olmasaydı, onu 3 saylı müəssisəyə aparmazdılar: «Penitensiar Xidmət məhkumlar arasında vərəmin müalicəsi, onun yayılmasının qarşısının alınmasıyla bağlı böyük işlər görür. Biz imkan verə bilmərik ki, xəstə məhkum müalicəsiz qalsın, başqalarını da yoluxdursun. Əgər vərəmlə bağlı şübhələr olmasaydı, onu heç vaxt ora aparmazdılar».
S.Rzalının cərimə kamerasında ağır şəraitdə saxlanması barədə yaxınlarının söylədiklərinə gəlincə, M.Sadıqov deyir ki, bütün cəzaçəkmə müəssisələrində istilik sistemi var və qaydasında işləyir: «Əgər məhkum daxili intizam qaydalarını pozursa, müəssisə rəhbərliyinin onu qanuna uyğun cəzalandırmağa ixtiyarı var».
Nardaran məhbusunun həyatı təhlükədə

Oxşar xəbərlər