Azərbaycanda səfərdə olan İsrail prezidenti İsak Hersoqun çıxışını 10-dan çox ölkənin nümayəndələri boykot edib.
Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci zirvə görüşündə iştirak edən Hersoq çıxışına başlayarkən 13 ölkənin nümayəndələri zalı tərk edib.
Onların arasında Türkiyə, İran, Fələstin, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Misir, Küveyt, Qətər, İordaniya, Malayziya, İndoneziya və Banqladeş nümayəndələri olduğu bildirilir.
Hersoq çıxışında boykot edilməsinə də eyham vurub.
"İsrailin Asiyada əməkdaşlığı daha da gücləndirmək və layihələrdə iştirak etmək istəyi var. Əməkdaşlıqda boykot üçün yer yoxdur. Qarşılıqlı hörmətin təmin edilməsi və təhlükəsizliyin qorunması istiqamətində AQEM çərçivəsində mühüm addımlar atılır", - o deyib.
Hersoq Bakıya oktyabrın 14-də gəlib. "Middle East Eye" nəşrinin yazdığına görə, o, Türkiyənin hava embarqosundan yayınmaq üçün Azərbaycana AZAL təyyarəsi ilə gəlib.
Adı açıqlanmayan Türkiyə rəsmisinin nəşrə dediyinə görə, Azərbaycan bu barədə Türkiyəni məlumatlandırmayıb.
İsrail prezidentinin çıxışını 10-dan çox ölkənin nümayəndələri boykot edib

Oxşar xəbərlər