İsraildə rüşvətxorluq və dələduzluqla bağlı genişmiqyaslı əməliyyat keçirilib. Kfar-Saba şəhərinin meri Rafi Saar, onun həyat yoldaşı Meytal və daha 22 nəfər saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşı baş verənləri “Sanki şəhəri satıblar” sözləri ilə qiymətləndirib.
Təhqiqat materiallarına əsasən, şəhər rəhbərliyi müəyyən biznesmenlərin xeyrinə dövlət tenderlərini (layihə sifarişlərini) saxtalaşdırıb və bunun müqabilində böyük məbləğdə nağd rüşvət alıb.
Merin həyat yoldaşı Meytal Saar heç bir rəsmi vəzifəsi olmayıb. Lakin polis bildirir ki, o, bütün proseslərin mərkəzində dayanan əsas fiqur olub. Biznesmenlər tenderləri udmaq üçün məhz ona müraciət edir, rüşvət məbləğləri və güzəştləri onunla razılaşdırırdılar.
Şübhələri gizlətmək üçün layihələr bələdiyyənin özündən deyil, şəhər iqtisadiyyatını idarə edən törəmə şirkət vasitəsilə həyata keçirilib. Merin həyat yoldaşı, mer və həmin şirkətin baş direktoru əlbir olaraq qalibləri əvvəlcədən müəyyənləşdiriblər. Digər namizəd şirkətlərə süni maneələr yaradılaraq, onların tenderdən imtina etməsi təmin olunub. Rüşvət mexanizmi şəhərin demək olar ki, bütün sahələrini — məktəblərin təmirini, küçələrin işıqlandırılmasını, təmizlik xidmətlərini, idman və əyləncə obyektlərinin tikintisini əhatə edib.
Məlumata görə, Mer və həyat yoldaşının qanunsuz yolla əldə etdikləri nağd pulları xaricə səfərlərə, bahalı brend geyimlərə, çantalara və qızıl-ziynət əşyalarına xərclədikləri bildirilir. Axtarışlar zamanı evlərdən böyük məbləğdə nağd pul, bahalı saatlar və lüks avtomobillər götürülüb.
İstintaqın digər mühüm yönü mer və həyat yoldaşının yerli cinayətkar dəstələrlə əlaqəsidir. Polisin məlumatına görə, kriminal avtoritetlər bələdiyyə seçkiləri zamanı merin siyasi rəqiblərinə təzyiq göstərərək onun seçilməsinə kömək ediblər.
Kfar-Saba meri Rafi Saar (2018-ci ildə oxşar korrupsiya ittihamı ilə həbs olunmuş əvvəlki merin yerinə seçilmişdi) sakinlərə müraciət edərək istintaq müddətində vəzifəsini müvəqqəti dayandırdığını açıqlayıb:
“İstintaq orqanları ilə tam əməkdaşlıq edəcəyəm. Masumiyyətimi sübut edəcəyimə ümid edirəm. Faktlar aydınlaşana qədər tələsik mühakimə yürütməməyinizi xahiş edirəm.”
Hazırda 17 nəfər həbsdə saxlanılır, 7 nəfər isə ölkədən çıxışına qadağa kimi məhdudiyyətlərlə azadlığa buraxılıb. Faktla bağlı istintaq davam edir.
İsraildə mer və arvadı tutuldu: Bütün şəhəri satıblarmış…