İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb

İsrailin “Ben Qurion” hava limanında bir təyyarədə bomba olması ilə bağlı xəbər yayılıb.

“Ynet”in xəbərinə görə, Nyu-Yorkdan Təl-Əvivə uçan təyyarə hava limanına endikdən sonra göyərtədə bomba olması ilə bağlı anonim mesaj alınıb və sərnişinlər təxliyə edilib.

Təyyarə yoxlanılma üçün uzaq yerə aparılıb.