İsrailin cənubunda yerləşən Kiryat-Qat şəhərində "Intel" texnologiya nəhənginin zavodunda güclü partlayış və ardından dəhşətli yanğın baş verib.
"Ynet" nəşrinin yaydığı məlumata görə, insident nəticəsində azı 3 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb.
İsrail Yanğın-Xilasetmə Xidmətinin verdiyi rəsmi məlumata əsasən, Avats bulvarında yerləşən müəssisədə partlayış və sıx qara tüstünün yüksəlməsi barədə həyəcan siqnalı saat 14:12-də daxil olub. Hadisə yerinə dərhal 8 yanğınsöndürmə briqadası, o cümlədən təhlükəli kimyəvi maddələr üzrə ixtisaslaşmış xüsusi mütəxəssislər və təcili yardım heyəti cəlb edilib. Yaralılar təcili olaraq xəstəxanaya təxliyə olunublar.
Xilasedicilər yanğının qarşısını almaqla yanaşı, binanın daxilində insanların ilişib qalması ehtimalını yoxlayırlar. Hadisə yerində təhlükəli kimyəvi maddələrin sızması riski araşdırılır, partlayışın dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.
İsraildə "Intel" zavodunda partlayış baş verib

Oxşar xəbərlər