Abşeron rayonunun Məhəmmədli kəndində məktəb hasarına “Hicaba azadlıq!” şüarı yazdığı üçün saxlanılan Rafael Hüseynzadə və onun atası Füzuli Hüseynov barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, oktyabrın 14-də Abşeron Rayon Məhkəməsində 1998-ci il təvəllüdlü Rafael Füzuli oğlu Hüseynzadənin işinə baxılıb. Məhkəmə onun 30 sutka müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.
Məlumata əsasən, Rafael Hüseynzadənin həbs müddətini Abşeron Rayon Polis İdarəsinin zirzəmisində keçirəcək.
Rafael Hüseynzadə oktyabrın 11-də Məhəmmədli kənd tam orta məktəbinin hasarına “HİCABA AZADLIQ!” şüarı yazdıqdan sonra polis tərəfindən saxlanılmışdı.
Onun atası Füzuli Hüseynov oktyabrın 12-də Meydan TV-yə bildirmişdi ki, oğlu oktyabrın 11-də səhər saatlarında Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən aparılıb.
Atanın sözlərinə görə, Rafael Hüseynzadə Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarına etiraz əlaməti olaraq həmin şüarı yazıb.
Meydan TV-nin əldə etdiyi yeni məlumata görə, Rafael Hüseynzadənin atası Füzuli Hüseynov da inzibati qaydada həbs edilib.
O, oktyabrın 14-də Məhəmmədli kəndində hicaba qoyulan məhdudiyyətlərə etiraz məqsədilə keçirilən “Hicaba azadlıq!” piketində iştirak edib. Bundan sonra bir gün ərzində onun harada olduğu barədə məlumat əldə etmək mümkün olmayıb.
Sonradan Füzuli Hüseynovun da Abşeron Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs edildiyi məlum olub.
Hər iki şəxsin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi əsasında cəzalandırıldığı hələlik məlum deyil.
Məktəb divarına “Hicaba azadlıq!” şüarı yazdığı üçün ata və oğul inzibati cəzalanıb

Oxşar xəbərlər