Nə etmək istəyirlər, məqsədləri nədir, çıxıb bunu xalqa izah edən yoxdur. Hicab qadağası ilə şagird və müəllimləri təhsildən kənarda qoymağın məntiqi nədir, bu qərar hansı zərurətdən meydana çıxıb, bilən yoxdur.
Ancaq görünən odur ki, hicabla bağlı qərar İlham Əliyevin YAP qurultayındakı çıxışında dediyi "ölkənin ideoloji məkanını kənar təsirlərdən qorumalıyıq" sözlərinin nəticəsidir. Belə çıxır ki, əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan dövləti hicabı özü üçün təhlükə sayır.
Hicab təhlükə ola bilərmi? Əvvəla, hicab dini inancdan doğan bir geyim tərzidir, əqidə məsələsidir və etiqad azadlığının bir göstəricisidir. Vətəndaş dövlətin dünyəvilik prinsiplərini qəbul edirsə, qanunlara uyğun yaşayırsa, onun başörtüsü niyə dövlət üçün təhlükə hesab olunmalıdır ki?
Aydındır ki, hicabı qadağan etməklə insanların inancı, əqidəsi dəyişmir, demək, bu halda təhlükə kimi görülən dini inanc da aradan qalxmır. Əgər o başdakı örtüyün qəlbdə bir inanc təməli varsa, onu zorla açsan belə, o qəlbdəki inamı, etiqadı dəyişə bilməyəcəksən.
Əksinə, bu zaman dövlət qaba formada minlərlə inanclı insanı qarşısına alaraq, ölkə Konstitusiyasına zidd şəkildə onların etiqad azadlığını məhdudlaşdırır, ayrı-seçkilik edir, aparteid siyasət yürüdü və öz inanclı vətəndaşlarının dünyəvi sistemə inteqrasiya imkanlarının önünü kəsir. Bunun adı cəmiyyəti bölüb parçalamaqdır, kəskin qutbləşmə və dərin ziddiyyətlər yaratmaqdır.
Belə olan halda radikal, fundamentalist dini qruplar dövlətin yaratdığı bu ədalətsizliyin doğurduğu narazılığı, etirazları istismar edərək sosial baza qazanırlar. Ona görə də bu gün başörtüsünə qoyulan qadağa, əslində dövlətin öz vətəndaşlarını radikal dini qrupların təsirinə tərəf itələməsindən başqa bir şey deyil. Milli təhlükəsizlik üçün potensial təhlükə yaradan bu addım İlham Əliyevin dediyinin əksinə olaraq, ölkənin ideoloji məkanını kənar təsirlərə açmış olur.
Deyək ki, başörtüsünə görə şagirdi məktəbə buraxmadın, bu zaman təhsilsiz qalan uşaq bu cəmiyyət üçün ideoloji baxımdan təhlükəlidir, yoxsa dünyəvi təhsilə cəlb olunan məktəbli ? Bu fərqli anlamaq yəni bu qədərmi çətindir? Və ya məktəbə buraxılmayan uşaqların ailələri necə olacaq, məgər, bu zaman onların dövlətin təhlükə kimi gördüyü dini baxışları dəyişəcək? Əsla yox.
Məntiq onu göstərir ki, hicab məsələsini təhlükə kimi təqdim etmək, elə bu hakimiyyətin olmayan COVID-ə görə sərhədləri bağlı saxlaması kimi əsassız və uydurmadır. Bu, olsa- olsaAzərbaycan hakimiyyətinin islamofobiyasının qarabasmasıdır.
Və heç bir halda insanların başörtüsündən istifadəsini kənar ideoloji təsir kimi qiymətləndirmək olmaz. Çünki başörtüsü bu xalqın min üç yüz il tarixi olan islam dininin bir gərəyidir və buna görə də onu kənar təsir nəticəsi kimi təqdim etmək doğru deyil. Sadəcə hər hər kəsin seçim haqqı olmalıdır, istəyən öz dini etiqad azadlığını yaşamaq haqqına sahib olmalıdır, istəyən də müasir geyimdə özünü sərbəst, rahat hiss etməlidir.
Bu gün hicaba qarşı kampaniyaya qoşulub ölkədəki mövcud vəziyyəti görməzdən gələnlərə xatırlatmaq lazımdır ki, dövləti başörtüsü zəiflətmir, dövləti korrupsiya, keyfiyyətsiz idarəetmə, ölkənin milli gəlirlərinin hakim zümrə tərəfindən mənimsənilməsi, qanunların işləməməsi, ədalətsizlik, azad medianın, müstəqil məhkəmənin olmaması zəiflədir. Məgər başörtüsünə görə Azərbaycanda orta aylıq əmək haqqı Ermənistan və Gürcüstandan aşağıdır, məgər başörtüsünə görə ölkədə ÜDM qonşularımızdan 8-9 dəfə geri qalır? Ona görə də belələri dövlət, ölkə dərdi cəkirlərsə , ilk növbədə bu dediyimiz məsələləri müzakirə etməlidirlər.
Bu ölkə üçün də, bu xalq üçün də ən böyük təhlükə və hətta bəla insanları kasıb, işsiz saxlayan, cərimələrlə, süni qiymət artımı ilə soyğunçuluq edən, uşaqpulu verməyən, milyonlarla vətəndaşın haqqını oğurlayıb yeyən, korrupsiyanı, saxtakarlığı, ədalətsizliyi dövlət siyasətinə çevirən, azadlıqları boğan, adamları şərləyib həbsə atan, seçkiləri saxtalaşdıraraq dövləti qəsb edən indiki iqtidardır. Ona görə də təhlükəni başqa yerdə axtarmayın.
Fuad Qəhrəmanlı.
Ölkə üçün təhlükə haradan gəlir, başörtüsündən, yoxsa bu hakimiyyətdən?

Oxşar xəbərlər