Cüdoçumuz finala yüksəldi

Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.

O, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib.

U.Kokauri qızıl medal uğrunda görüşdə İnal Tasoyevlə (Rusiya) qarşılaşacaq.