Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Azərbaycanda hicablı şagirdlərin təhsil hüququ ilə bağlı məsələnin həssas və anlayışlı yanaşma ilə həllini tapmasının vacibliyini vurğulayıb.
O bildirib ki, dini inancların yaşadılması ilə təhsil almaq bir-birinə mane olmamalıdır. Hacı Faiq Nəbiyev dini icmaların, valideynlərin, təhsil nümayəndələrinin və ictimaiyyətin fikirlərinə diqqətlə yanaşılmasının ortaq anlaşmaya kömək edə biləcəyini qeyd edib.
O, həmçinin xoş niyyət, ədalət, insan ləyaqətinə hörmət və sağlam ünsiyyətin həssas məsələlərin müzakirəsində əsas prinsiplər olmalı olduğunu vurğulayıb.
Hacı Faiq Nəbiyev ümidvar olduğunu bildirib ki, məsələ qarşılıqlı anlayış şəraitində həllini tapacaq, incikliklər aradan qalxacaq və cəmiyyətdə etimad və həmrəylik daha da güclənəcək.
Hacı Faiq Nəbiyev: “Dini inanclarla təhsil hüququ arasında seçim edilməməlidir”