Suriya paytaxtı Dəməşqin “Əz-Zuhriyyat” ərazisində Müdafiə Nazirliyinin əmrləri əsasında 50-dən çox ələvi ailəsi evlərindən çıxarılıb. Ziyalı və jurnalistlərin sosial şəbəkələrdə yaydığı bəyanata görə, ailələr mənzillərdən yalnız əyinlərindəki paltarlarla qovulub, evdəki əmlak və nağd vəsaitlər mənimsənilib, mənzillər isə Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında paylanılıb.
Bu barədə məlumatı “Əl Məyadeen” televiziyası yayımlayıb.
Qeyd olunur ki, bu addım etnik-dini mənsubiyyətə əsaslanan məcburi köçürmə və demoqrafik tərkibin güclə dəyişdirilməsi kimi qiymətləndirilib; bunun mülkiyyət, yaşayış və şəxsi təhlükəsizlik hüquqlarının kobud şəkildə pozulması olduğu vurğulanıb. İmzalanan sənəddə Keçid Hökuməti siyasi və hüquqi məsuliyyət daşımağa çağırılıb.
“Əz-Zuhriyyat”da baş verənlər Dəməşqin Əs-Suməriyyə, Ət-Tədəmün, Məzzə 86 və İş əl-Vərvər məhəllələrindəki oxşar halların davamıdır.
Məlumata görə, mənzillərin ələ keçirilməsi müxtəlif yollarla həyata keçirilir:
Rəsmi qərarlar: Əmlakların “qanunsuz tikili” və ya “keçmiş rejim mənsublarına aid” olduğu iddiası ilə hökumət qərarları çıxarılır, ardınca təhlükəsizlik qüvvələri sakinləri çıxarır.
Fərdi müdaxilələr: Yeni orduya və ya təhlükəsizlik qurumlarına qoşulmuş qrup komandirləri heç bir rəsmi qərar olmadan silah gücünə evləri zəbt edirlər.
Silahlı qruplar: Homs kəndlərində olduğu kimi, keçid hökumətinə yaxın olan qeyri-rəsmi silahlı dəstələr mülki şəxslərin evlərini, torpaqlarını və məhsullarını ele keçirirlər.
Həma kəndləri: Məcburi köç və demoqrafik dəyişiklik narahatlığı
Həma əyalətinin şimalındakı 14 kəndin sakini Bəşər Əsəd rejiminin süqutundan təxminən 20 ay keçməsinə baxmayaraq, hələ də öz torpaqlarına qayıda bilmir.
Məan, Tuleysiyyə, Məryud, Əl-Mubəttən, Əz-Zəğbəl, Əl-Fan əl-Qibli, Əl-Fan əl-Vustani, Əş-Şəati, Tuba, Abu Mənsef, Əl-Xərsan, Kəfr ət-Tun, Ərzə və Şeyx Əli Kasun kimi ələvi kəndləri əsasən püstə və zeytun təsərrüfatı ilə tanınır.
Yerli mənbələrin bildirdiyinə görə, rejim dəyişikliyindən dərhal sonra sakinlər təhdidlər və naməlum silahlıların gündəlik hücumları səbəbindən evlərini tərk etməyə məcbur olublar. Son zamanlar isə rəsmi olaraq mülki şəxslərə aid olan bu kənd təsərrüfatı torpaqları istismara təqdim olunur ki, bu da bölgədə səssiz demoqrafik dəyişiklik narahatlıqlarını artırır.
Kəfərəyya və Əl-Fuah: Şiə mülkiyyətinin dəyərdən ucuza satılması təzyiqi
İdlibin şərqində yerləşən Kəfərəyya və Əl-Fuah qəsəbələrinin şiə sakinləri 2018-ci ildəki “Dörd şəhər razılaşması” çərçivəsində təxliyə edildikdən sonra öz evlərinə qayıda bilməyiblər.
Bu ərazilər xarici döyüşçülərin məskəninə çevrilib. Sabiq rejim süqut etdikdən sonra həmin döyüşçülər və ailələri yeni ordunun tərkibinə inteqrasiya olunaraq dinc sakinlərin evlərini zəbt ediblər.
Evlərinə qayıtmağın qeyri-mümkün olduğunu görən bəzi mülk sahibləri torpaqlarını tamamilə itirməmək üçün dəyər-dəyməzinə satmağa məcbur qalırlar.
Dəlallar və vasitəçilər xaricdə və ya digər əyalətlərdə yaşayan mülk sahibləri ilə əlaqə saxlayaraq evlərin xarici döyüşçülərə satılmasını təşkil edirlər.
Qiymətlər adətən 3 000 ABŞ dolları civarında olur.
İraqda məskunlaşan Kəfərəyya sakini Əli Zeyn bildirir ki, 110 kvadratmetrlik mənzili üçün ona 3 000 dollar təklif olunub, lakin o, təklifi rədd edərək gələcəkdə evinə qayıtmaq ümidilə mülkünü satmaqdan imtina edib.
Kəfərəyya və Əl-Fuah sakinləri son bəyanatlarında mülkiyyət hüquqlarının tanınmasını, evlərinə maneəsiz və şərtsiz qayıdışın təmin edilməsini tələb ediblər.
Homs kəndləri: Evlərin sökülməsi və köçürülmə
Homs əyalətinin şimal və şərq kəndlərində Bəşər Əsəd rejiminin süqutundan bəri 60 mindən çox şiə mülki şəxs məcburi köçə məruz qalıb.
Keçid Hökumətinin Homsun “Əl-Məzrəə” kəndində dinc sakinlərin evlərini sökərək əhalini köçürməsini əks etdirən görüntülər sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Oxşar addımlar daha əvvəl “Ər-Rəqqə” kəndində də atılmışdı. Ekspertlər bu prosesləri etnik və dini mənsubiyyətə əsaslanan demoqrafik dəyişiklik cəhdi kimi dəyərləndirirlər.
Colani Suriyası: Təhdid, məcburi köç və əmlak müsadirəsi

Oxşar xəbərlər