İsrailə uçan təyyarədə baş verən hadisənin təfərrüatları açıqlanıb; Pilot təyyarəni yerə çırpmaq istəyibmiş

Bu gün Dubaydan Tel-Əvivə uçan "Flydubai" təyyarəsində baş verən hadisə ilə bağlı əlavə təfərrüatlar ortaya çıxıb.

Xəbər verir ki, pilotlardan biri digər pilotu bıçaqlayıb. Aralarında əlbəyaxa dava düşüb. Qeyd olunur ki, bıçaqlanan pilot təyyarəyə nəzarəti ələ keçirməyə çalışıb. Ehtimallara görə, məqsədi təyyarəni yerə çırpmaq olub. Təyyarənin daxilində mübarizə baş verib və bu zaman təyyarə 4 000 metr aşağı enib.

İsrailli sərnişinlər pilotu nəzarətə götürə biliblər. Başqa bir pilot heyəti də vəziyyətin nəzarətə alınmasına kömək edib.

Qeyd olunur ki, hadisədən sonra İsrailin Baş naziri Benyamin Netanyahu bir sıra iclaslar keçirib. Baş Qərargah rəisi isə Şin Bet rəhbəri və kəşfiyyat xidmətinin rəhbəri ilə görüş keçirib. İsrail hazırda mümkün olan bütün tədbirləri görür.