Yəmən Bab əl-Məndəb boğazına tam nəzarət edir.
“Al-Mayadeen” xəbər verir ki, bu barədə Yəmənin “Ənsarullah” hərəkatının siyasi bürosunun üzvü Hizam əl-Əsəd bildirib.
“Səna Səudiyyə rejiminə və Səudiyyə Ərəbistanı ilə əlaqəli qüvvələrin Bab əl-Məndəb boğazına nəzarət etdiyinə dair şayiələr yayan hər kəsə güclü zərbə vurub. Yəmən Silahlı Qüvvələri ölkənin qərb sahillərinə nəzarəti ələ keçirməzdən əvvəl də Bab əl-Məndəb boğazına və Qırmızı dənizə nəzarət edirdi.
Yəmən xalqı döyüş meydanında elə bir plan qurur ki, səudiyyəli düşmən və onun əlaltıları bunun mənasını anlayacaqlar. Bu günkü döyüş Səudiyyə rejimi ilə Yəmənin bütün bölgələri arasında qarşıdurmadır.
Yəmənin ABŞ və İsrailin, eləcə də hər hansı digər təcavüzkarın hücumlarına cavab olaraq istənilən eskalasiyaya hazır olması barədə danışan əl-Əsəd vurğulayıb:
“Cavab vermək üçün çoxlu variant var. Səudiyyə Ərəbistanının Yəmən ərazisində hücum etdiyi bütün obyektlər mülki infrastruktura aiddir. Bunlara hava limanları, körpülər və rabitə şəbəkələri daxildir”.
“Ənsarullah”: Bab əl-Məndəb boğazı tam nəzarətimizdədir!

Oxşar xəbərlər