Səhiyyə mənbəsi İsrail hücumunda bir uşağın da orta dərəcədə yaralandığını qeyd edib.
Fəlakət miqyasında dağıntı
İsrailin Qəzzaya yönəlmiş hücumları 2025-ci ilin oktyabrında qüvvəyə minən atəşkəsə baxmayaraq davam edir.
Atəşkəs İsrailin 2023-cü ilin oktyabrından bəri təxminən 73 min fələstinlini öldürdüyü, 173 mindən çox insanı yaraladığı və Qəzzadakı mülki infrastrukturun 90 faizinə təsir edən genişmiqyaslı dağıntılara yol açdığı soyqırımı sonlandırmağı hədəfləyirdi.
İsrail Qəzzada mülki vətəndaşları qətlə yetirdi
Türkiyə mətbuatının məlumatına əsasən, İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarında üç fələstinlini öldürdüyünü açıqlayıb. Hücumlar qüvvədə olan atəşkəs sazişinin növbəti pozuntusu olub.
Mənbəyə görə, Qəzzanın mərkəzi hissəsindəki Bureyc qaçqın düşərgəsi yaxınlığında yerləşən tullantı poliqonuna təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumunda Bureyc Bələdiyyəsinin əməkdaşı həyatını itirdi.
Yerli mənbələr bələdiyyə əməkdaşının öz vəzifəsini yerinə yetirdiyi zaman İsrailə məxsus pilotsuz uçuş aparatı tərəfindən hədəf alındığını bildirib.
Qəzzanın cənubundakı Xan Yunis şəhərinin Əl-Əməl məhəlləsində mülki şəxslərin olduğu bir bölgəyə təşkil edilən digər hücumda isə iki nəfər ölüb. Cənazələr Nasir xəstəxanasına aparılıb.