İsrailin keçmiş naziri İrana casusluq etməkdə ittiham edilir

İsrailli keçmiş nazir və millət vəkili Gönən Segev, “İrana casusluqda” ittiham edilib.

“QarabagNews” xəbər verir ki, İsrail kəşfiyyatı Şin Betin yaydığı məlumata görə, 1992-1995-ci illərdə enerji naziri postunda olan keçmiş millət vəkili Segev, “İran lehinə casusluq və döyüş zamanı düşmənə yardım etdiyi irəli sürülərək tutulub.

Картинки по запросу minister Gonen Segev

Bildirilir ki, Segevin ilk olaraq İranın Nigeriyadakı səfirliyində İranlı səlahiyyətlilərlə bir araya gəldiyi, daha sonra iki dəfə İrana səfər  etdiyi bildirilib.

Nigeriyada yaşayan Segevin may ayında Ekvatorial Qvineyaya səfəri əsnasında yerli polis tərəfindən tutularaq ölkəsinə qaytarılıb.