İraqda fəaliyyət göstərən şiə silahlı qruplarından biri olan İmam Əli Briqadaları silah inventarını hökumətə təhvil verib.
Bu barədə Hökumət Nəzarətində Silahların Toplanması və Silahlı Bağlantıların Dayandırılması Komissiyası məlumat yayıb.
Bəyanata əsasən, qrupun şəxsi heyəti ilə bağlı məlumatlar, silah siyahıları və nəqliyyat vasitələrinin qeydiyyat sənədləri rəsmi şəkildə dövlət qurumlarına təqdim olunub.
Komissiyanın açıqlamasında qeyd olunub ki, əsas məqsəd dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qurumların fəaliyyətinə son qoymaq və onları təhlükəsizlik sisteminə inteqrasiya etməkdir.
Bildirilir ki, bu proses Baş nazir və Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiqlədiyi hökumət proqramı əsasında həyata keçirilir. Eyni zamanda proqram İraq parlamenti tərəfindən də təsdiqlənib.
Bir müddət əvvəl şiə lideri Müqtəda əs-Sədrə bağlı olan Səraiyə əs-Səlam da öz silah və texnika inventarını hökumətə təhvil vermişdi.
Bu addım ölkədə təhlükəsizlik sahəsində aparılan islahatların mühüm hissəsi kimi qiymətləndirilmişdi.
İraqdakı digər şiə təşkilatlarından olan Əsaib Əhl əl-Həq Hərəkatı da silahların dövlətə təhvil verilməsi məsələsinə müsbət yanaşdığını açıqlayıb.
Bu mövqe Bağdad hökumətinin həyata keçirdiyi təhlükəsizlik strategiyasına dəstək kimi qiymətləndirilir. Bununla yanaşı, bəzi silahlı qruplar silahlarını dövlətə təhvil vermək niyyətində olmadıqlarını bəyan ediblər. Onların sırasında İraq Hizbullahı və Nücəba Hərəkatı da yer alır. Həmin təşkilatlar silahların saxlanılmasının zəruri olduğunu bildirirlər.
İraq hökuməti son illərdə ölkədə bütün silahlı qüvvələrin vahid dövlət nəzarəti altında fəaliyyət göstərməsi istiqamətində addımlar atır.
Müşahidəçilər hesab edirlər ki, silahlı qrupların inteqrasiyası prosesi ölkədə təhlükəsizlik sisteminin gücləndirilməsi və dövlət institutlarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İraqda daha bir şiə qrupu silahlarını hökumətə təhvil verib