Dünya çempionatının qrup mərhələsi çərçivəsində növbəti qarşılaşmalar baş tutub.
G qrupunda yer alan komandaların ilk oyunları gözlənilməz nəticələrlə yadda qalıb.
İran milli komandası DÇ-2026-da ilk matçına çıxıb. Baş məşqçi Əmir Qalanoyinin yetirmələri Los-Ancelesdə Yeni Zelandiya seçməsi ilə qarşılaşıb. Gərgin keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 7-ci dəqiqədə Şotlandiyanın "Motervell" klubunda çıxış edən yeni zelandiyalı Eliyah Cast açıb. Lakin 32-ci dəqiqədə Ramin Rezeyan bərabərlik qolunu vurub.
İkinci hissədə də tərəflər hərəyə bir qol vurmağı bacarıblar. 54-cü dəqiqədə Eliyah Cast özünün və komandasının ikinci qoluna imza atsa da, İran bu qola Rusiyanın "Rostov" klubunun futbolçusu Mohammed Mohabinin dəqiq zərbəsi ilə cavab verib.
DÇ-2026: İran - Yeni Zelandiya matçında 4 qol: Misir Belçikaya qarşı dirəniş göstərdi